ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın iki vətəndaşı və iki təşkilat sanksiya siyahısına əlavə edilib.
Belə ki, kompüter proqramı təminatının hazırlanması ilə məşğul olan Şirkətlər Qrupu və ictimai-siyasi layihələr hazırlayan Biznes Konsaltinq Agentliyi, eləcə də hər iki şirkətlə əlaqəli olan İlya Qambaşidze ilə Nikolay Tupikin sanksiya siyahısına əlavə olunub.
Onların ABŞ-dakı maliyyə aktivləri dondurulub.