• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Makron idman zalındakı fotosuna görə ələ salındı: "Putinlə döyüşə hazırlaşır"



Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb. 

Qaynarinfo xəbər verir ki, siyasətçi Makronun Rusiya prezidenti Vladimir Putinlə döyüşə hazırlaşdığını deyib. Filippo bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır", deyə siyasətçi Makronu ələ salaraq vurğulayıb.

Vətənpərvərlər Partiyasının liderinin fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.

Qeyd edək ki, fotonu prezidentin şəxsi fotoqrafı Soaziq de la Muassoner sosial şəbəkələrdə paylaşıb.

ƏN ÇOX OXUNANLAR

0.025209188461304