• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden ABŞ səfirliklərində LGBT bayraqlarını qadağan edəcək



Bəzi federal departamentlərin maliyyələşdirilməsinin müzakirəsi zamanı ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Amerika səfirlikləri üzərində LGBT bayraqlarının qaldırılmasına qadağa qoyulması ilə bağlı Ağ Evlə razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr qeyd edir ki, anlaşmaya ABŞ səfirliklərinin binaları üzərində LGBT bayrağının qaldırılmasına qadağa daxildir. Konfederasiyanın pankartları və Donald Trampın "Make America Great Again" bayrağı da qadağan olunacaq.

Təşəbbüslə tanış olan Demokrat Partiyasının nümayəndəsi aydınlıq gətirib ki, səfirlik əməkdaşlarının göy qurşağı bayraqlarından şəxsi istifadəsinə qadağa tətbiq edilməyəcək.

ƏN ÇOX OXUNANLAR

0.034154176712036