• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni Türkiyə planı: İsrail mediası Ankaranın Fars körfəzi ilə bağlı layihəsindən yazdı



İsrailin “Globes” qəzeti “Türkiyə və İraqın hərbi əməliyyatı ilə Fars körfəzinə quru dəhlizi” başlıqlı yazıda Ankara və Bağdadın həyata keçirməyi planlaşdırdığı  yeni quru nəqliyyat  dəhlizi layihəsi haqqında  məqalə dərc edib.

Ölkə.Az xəbər verir ki, iki ölkənin İsrail və Səudiyyə Ərəbistanı vasitəsilə ABŞ-nin layihəni irəlilətmək üçün planlaşdırdığı quru nəqliyyat dəhlizinin reallaşmasında gecikmələrdən istifadə edərək bu layihəni gerçəkləşdirməyə çalışdığı bildirilir. 

Nəşr yazır ki, Türkiyəyə və bölgə üçün təhdid olan PKK-yə qarşı mübarizədə Bağdadın Ankara ilə razılaşaraq birgə  fəaliyyət göstərməsi barədə anlaşma da məhz bununla bağlıdır. 

"Globes" eyni zamanda   Ankara və Bağdad tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni quru dəhliz layihəsinin İraqın şimalındakı yerli kürd hökumət tərəfindən də dəstəklənməsini “təəccüblü” hesab edib.

Yeni nəqliyyat dəhlizinin imkanlarından söz açan nəşr yazır ki, İraqın cənubundakı Bəsrə rayonu ilə Türkiyənin cənubunu birləşdirən 1200 kilometrlik dəhlizin 100 min yeni iş yeri açılacaq və bundan başqa Ankara ilə Bağdad hər il bu yoldan daşımalar nəticəsində təqribən 4 milyard dollaradək gəlir əldə edə biləcək.

Türkiyə ilə Fars körfəzində inşa edilən və Yaxın Şərqin ən böyük limanı olması nəzərdə tutulan Böyük Fav Limanı arasında saatda 300 kilometr sürətlə hərəkət edən qatarların olacağını qeyd edən İsrail qəzeti, dəhlizin Avropanı Fars körfəzinə, eləcə də Türkiyə və İraq üzərindən Uzaq Şərqə bağlayacağını yazıb.

"Globes" onu da yazır ki, bu layihə reallaşarsa, o zaman bu yol Qırmızı dəniz yolunu əvəzləyə bilər. “Türklər və iraqlılar  dəhliz boyunca logistik mərkəzləri, sənaye zonaları, eləcə də neft və təbii qaz kəmərləri tikməyi planlaşdırır. Bu da hər iki ölkə üçün, xüsusən də Türkiyə üçün ikiqat fürsətdir.

Digər tərəfdən isə İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması yaxın perspektivdə mümkün olmadığından Ankara bu imkandan bacardıqca öz xeyrinə faydalanacaq. Başqa bir məqam isə ondan ibarətdir ki, Co Baydenin başının seçkiyə qarışması da, Ankaraya bu layihəni reallaşdırmağa geniş imkanlar açır", - nəşr yazır.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.027107954025269