• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Britaniya polisi Keyt Middltonun tibbi məlumatlarının oğurlanması cəhdini araşdırır



Böyük Britaniya polisi Uels şahzadəsi Keyt Middltonun müalicə aldığı "The London Clinic" özəl klinikasının əməkdaşları ilə bağlı araşdırmaya başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mirror" və "New York Times" yazıb.

Onlar Britaniya taxt-tacının varisinin həyat yoldaşının tibbi məlumatlarını əldə etməyə cəhd etməkdə şübhəli bilinirlər. Xəstəxana işçilərindən biri şahzadənin məlumatlarına baxarkən yaxalanıb.

NYT yazır ki, klinika işçisinin fayllara daxil olub-olmaması və ya onları kimsə ilə paylaşa bilməsi hələlik məlum deyil.

Yanvarın 16-da Keyt Middlton London klinikalarından birinə yerləşdirilib. Elə həmin gün əməliyyat olunub. Kral ailəsi rəsmilərinin sözlərinə görə, əməliyyat əvvəlcədən planlaşdırılıb. Daha sonra mənbə bildirib ki, şahzadə Uilyamın həyat yoldaşı evdə müalicə olunur. 

ƏN ÇOX OXUNANLAR

0.021881818771362