- 5
ENDİRİLİR
ENDİRİLİR
ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Aquilino deyib ki, bütün əlamətlər Çinin 2027-ci ilə qədər Tayvanı potensial işğala hazır olduğuna işarə edir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsində danışıb.
Admiral vurğulayıb ki, Çin Xalq Azadlıq Ordusu aqressiv hərbi güclənmə və modernləşdirmə səyləri ilə məşğuldur.
"Bütün əlamətlər ondan ibarətdir ki, Çin ordusu iclasında sədr Si Szinpin 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazır olmağı tapşırıb. Üstəlik, ordunun hərəkətləri onların Si Szinpinin Tayvanı materik Çinə güc yolu ilə birləşdirmək üçün seçdiyi vaxt qrafikinə uyğun hərəkət etdiyini göstərir", Aquilino bildirib.
O, həmçinin Çinin ordusuna iddia etdiyindən daha çox xərclədiyini bildirib.
"Biz II Dünya müharibəsindən bəri belə bir təhlükə ilə üzləşməmişik", deyə admiral əlavə edib.