"Crocus City Hall" tualetlərinin birində 10-dan çox ölü cəsədi tapılıb.
Ölkə.Az "Baza"ya istinadən xəbər verir ki, həmin şəxslərin hadisə zamanı orada gizlənməyə çalışdığı bildirilir. Lakin sonradan başlayan yanğından boğulublar.
Xatırladaq ki, Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 62 nəfərə çatıb.
Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb və sayın artacağı istisna deyil.
Baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:
“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.
Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.