ABŞ rəsmiləri bildiriblər ki, martın əvvəlində Birləşmiş Ştatların Moskvadakı səfirliyinin saytında Rusiya paytaxtda ekstremist hücumlara hazırlıqla bağlı yerləşdirilən xəbərdarlıq qismən İŞİD terror qruplaşmasının bir qolu haqqında kəşfiyyat məlumatlarına əsaslanıb.
"Ölkə.az" xəbər verir ki, bu versiya "The Washington Post" qəzetində dərc olunan məqalədə yer alıb.
Qeyd edilir ki, martın 7-də ABŞ-nin Moskvadakı diplomatik missiyası “ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, insanların böyük toplaşdığı yerlərə hücum etmək planları” xəbərlərinə nəzarət etdiyini bildirib.
Daha sonra səfirlik ABŞ vətəndaşlarına “növbəti 48 saat ərzində böyük izdihamdan çəkinməyi” tövsiyə edib.(Report)