ABŞ “Baltikyanı təhlükəsizlik təşəbbüsü” çərçivəsində 2024-cü ildə müdafiə xərcləri üçün Estoniya, Latviya və Litvaya 228 milyon dollar ayıracaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“ABŞ Konqresi Baltikyanı ölkələr üçün təhlükəsizlik yardımı üçün 228 milyon dollar nəzərdə tutan hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib”, - Baltikyanı respublikanın Müdafiə Nazirliyinin portalında deyilir. Qeyd edilir ki, ABŞ bu il xarici dövlətlərə hərbi yardım proqramı (Xarici Hərbi Maliyyələşdirmə) çərçivəsində Estoniyaya 47,3 milyon dollar ayıracaq.
ABŞ Konqresinin Senatı cümə günündən şənbə gününə keçən gecə federal idarələrin əsas hissəsinin işinə ayrılan vəsaitin 2024-cü maliyyə ilinin sonuna qədər uzadılmasını nəzərdə tutan paket qanun layihəsini təsdiqləyib.