Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.
Axar.az xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyi həssas hesab edilən ərazilərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı göstəriş verib.
Belə ki, ibadət yerlərində, səfirliklərdə, qatar stansiyalarında və hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb.
Bundan başqa, martın 25-də Daxili İşlər Nazirliyində İctimai Asayiş və Təhlükəsizlik üzrə Milli Komitənin Moskvadakı terror aktından sonrakı vəziyyətin təhlilinə həsr olunmuş iclasının keçiriləcəyi bildirilib.