• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Moskva vilayətində terror aktı nəticəsində yaralananların sayı 180-ə yüksəlib, 137 nəfər ölüb - YENİLƏNİB



Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.

***

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 44 nəfər ambulator müalicədədir.

Ölənlərin sayı 133 nəfər təşkil edir.

***

Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb.
Bu barədə idarənin saytında məlumat verilir.

“Terror aktı nəticəsində xəsarət alanlardan 8- uşaqdır. 133 nəfər (3-ü uşaq) həlak olub”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.

ƏN ÇOX OXUNANLAR

0.021355152130127