Rusiyanın 9 bankı “Crocus City Hall” terror aktı nəticəsində ölən və yaralananların kreditlərini siləcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə “VTB Bank”, “Alfa Bank”, “Sovcombank”, “Home Bank”, “Qazprombank”, “Tinkoff Bank”, “Uralsib”, “DOM.RF Bank” və “Poçta Bank” məlumat yayıb.
Xatırladaq ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 133 nəfər ölüb, 154 nəfər yaralanıb.