• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məşhur macarıstanlı bəstəkar vəfat edib



Çağdaş dövrün öncül bəstəkarlarından biri, macarıstanlı dirijor Peter Ötvöş 81 yaşında vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə ölkənin “Magyar Nemzet” qəzeti bildirib.

İncəsənət xadiminin ailəsi onun uzun sürən xəstəlikdən öldüyünü açıqlayıb.

Ötvöş bir neçə müasir operanın müəllifidir, onlardan ən məşhurları “Üç bacı”, “Qızıl əjdaha”, “Amerikada mələklər”, “Məhəbbət və digər cinlər”dir. Operalar üçün librettolar rus, ingilis, alman və fransız dillərində yazılıb; onun doğma macar dilində ilk operası yalnız 2023-cü ildə ərsəyə gəlib.

Bundan başqa, o, simfonik orkestr üçün əsərlərin, madrigal komediyaların və bir neçə filmin saundtreklərinin müəllifidir.

Dirijor kimi, Ötvöş əsasən 19-cu əsr musiqisi ilə işləyib. O, Göteborq Simfonik Orkestrinin, Vyana Radio Orkestrinin və “Radio Frans” Filarmonik Orkestrinin əsas qonaq dirijoru olub.

Vətənində o, iki dəfə Macarıstan parlamentinin (Ölkə Məclisi) sənət adamları üçün təsis etdiyi ən yüksək mükafat olan Koşut mükafatına layiq görülüb. İkinci mükafatı ölümündən öncə, martın 19-da alıb.

ƏN ÇOX OXUNANLAR

0.026181936264038