“İraq İslami Müqavimət Hərəkatı”nın dəstəsi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Hərrab əl-Cəir aerodromuna raket hücumu həyata keçirib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı bildirib.
Qeyd olunub ki, aerodrom ərazisində bir neçə güclü partlayış baş verib.