• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ralli avtomobili tamaşaçılara çırpıldı: ölənlər və yaralananlar var



Macarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb, nəticədə dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Ölkə.Az” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.

Macarıstan Milli Təcili Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə səkkiz təcili yardım maşını və dörd helikopter göndərilib. Biri uşaq olmaqla iki nəfər ağır xəsarətlər alıb, biri uşaq olmaqla altı nəfər isə daha yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

ƏN ÇOX OXUNANLAR

0.14103198051453