Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun tank bölmələrindən birinə baş çəkib və Cənubi Koreya ilə münasibətlərdəki gərginlik fonunda qoşunların müharibəyə hazırlığından danışıb.
Ölkə.Az "Independent"ə istinadən xəbər verir ki, Şimali Koreya lideri baş çəkdiyi 105-ci zirehli diviziyanı bütün ordusuna “müharibə hazırlığını başa çatdırmaq üçün davam edən mübarizədə” nümunə kimi tərifləyib. O, həmçinin bölmənin döyüş hazırlığının təkmilləşdirilməsi və texnikasının modernləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
KXDR lideri həmçinin zirehli qüvvələri mümkün hərbi əməliyyatlara hazırlığı gücləndirməyə çağırıb.
Mürtəza
Ölkə.Az