Alman avtomobil istehsalçısı "BMW" tarixində ən yüksək əməliyyat mənfəətinə çatıb.
"Ölkə.Az"ın məlumatına görə, ötən il "BMW"nin əməliyyat mənfəəti 18,5 milyard avro olub.
Şirkət 2023-cü ildə 6% çox avtomobil satıb. Satışdan gəlirləri isə 9% artaraq 155,5 milyard avroya çatıb.
Sözügedən dövrə "BMW" ilk dəfə "Mercedes Car Group"dan daha çox satışa sahib olub.
"BMW"nin sərmayələri də "Mercedes" bir milyard avro çox - 8,8 milyard avro olub.
Könül
Ölkə.Az