Fransa prezidenti Emmanuel Makron Avropanı Üçüncü Dünya müharibəsinə sürükləyir.
Ölkə.Az xəbər verir ki, bunu Fransa baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini Romada Kimlik və Demokratiya (ID) qrupunun konfransında çıxışı zamanı deyib.
Makronu "müharibə alovu" adlandıran fransalı nazirin sözlərinə görə, Makronun verdiyi bəyanatlar ölkəmiz və bu qitə üçün təhlükədir.
Salvini hesab edir ki, ciddi tədbirlər görməyə ehtiyac var. "Bu gün qitə Üçüncü Dünya müharibəsi astanasındadır. Mən övladlarımı müharibəyə hazır bir qitəyə buraxmaq istəmirəm. Buna yol vermək olmaz. Bunun günahkarı isə Makrondur. Avropa sülhün qurucusu olmalıdır", - Salvini qeyd edib.
Mürtəza
Ölkə.Az