• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tbilisi İrəvan-Bakı münasibətlərinə töhfə verir - Paşinyan



"Biz görürük ki, Gürcüstan nəinki Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında maraqlıdır. Həm də fəal surətdə bu prosesə öz töhfəsini verməyə çalışır".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, görüşdə Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını müzakirə etdik. 

Paşinyanın sözlərinə görə, müzakirələr zamanı Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması üçün məsuliyyət daşıdığını da bildirib.

“Biz digər aktorlardan da eyni yanaşmanı gözləyirik. Ermənistan Azərbaycanla ən yüksək səviyyədə razılaşdırılmış üç prinsip əsasında münasibətlərin normallaşdırılması prosesində irəliləməyə hazırdır”, - Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.Az

*** 12:21

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfərə gedir.

Ölkə.Az xəbər verir ki, səfər çərçivəsində iki ölkənin baş nazirləri İrakli Kobaxidze və Nikol Paşinyan arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır, bundan sonra görüşün geniş tərkibdə davam etdirilməsi nəzərdə tutulub. Daha sonra hökumət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.

Səfər çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçatryanla da görüş planlaşdırılır.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.16531085968018