Uels şahzadəsi Keyt Miltonun xərçəng xəstəsi olması barədə kral ailəsinin digər üzvləri - kral III Çarlzın oğlu şahzadə Harri və həyat yoldaşı Meqan Markla məlumat verilməyib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə kral ailəsi üzrə mütəxəssis Riçard Fitzvilyams danışıb. O, Vilyamla Keytin Harri-Meqan cütlüyünü etibarsız hesab etdikləri üçün xəstəlik haqqında onlara heç nə demədiklərini söyləyib. Mütəxəssis bu vəziyyəti həm də qardaşlar arasında yaranmış soyuqluqla əlaqələndirib.
Vilyamın qardaşı və qardaşı arvadı xəstəlik barədə məlumatı mediadan öyrənib.
Keyt xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən Harri və Meqan Keyt və ailəsinə cansağlığı və şəfa dilədiklərinə dair paylaşım edib.
Qeyd edək ki, K.Midltonun yanvarda əməliyyat olunduqdan sonra yoxa çıxması barəsində boşanması, ağır xəstəliyə tutulması, xəyanətə uğraması və hətta ölməsi kimi bir çox fərziyyələrin ortaya çıxmasına səbəb olub. Bir neçə gün əvvəl Keyt Middlton yayımladığı video ilə xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Billurə