“Krokus Siti Holl”da baş verən terror aktında ölənlərin sayı 139-a çatıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.
O qeyd edib ki, ölənlərin 75-nin kimliyi müəyyən edilib.
Qeyd edək ki, "Krokus Siti Holl"da terakt 22 martda baş verib.