• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan hamını topladı: Qaytarmalıyıq, yoxsa Azərbaycan müharibə ilə bu ərazini də alacaq



Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə qapalı görüşdə  Qazaxın 4 kəndinin Azərbaycan qaytarılması məsələsini ciddi şəkildə müzakirə edib.

Ölkə.Az xəbər verir ki, görüşdə hökumətin demək olar, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. İki saata yaxın davam edən görüş gərgin atmosferdə keçib. Hətta  "Vətəndaş  müqaviləsi" fraksiyasından olan deputatlar Paşinyanın kəndləri Azərbaycana qaytarması niyyətinə qarşı çıxıb. 

"Hraparak"ın yazdığına görə, Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O bildirib ki, yaxın günlərdə həmin ərazidəki Üçüncü Ordu Korpusu ərazilərdən çıxarıla, 4 yaşayış məntəqəsi Azərbayana qaytarıla bilər. "Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək. Bəzi deputatlar isə bildirib ki, sülh ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan bu mövqedə olanlara bildirib ki, o da belə yolu  seçmək istəmir, amma başqa yolda yoxdur. Əks təqdirdə  Azərbaycan hərbi yolla nəinki özünəməxsus əraziləri, bütövlükdə Lori vilayətini alacağına, hətta İrəvana da çatmayacağına zəmanət yoxdur. Bu dəfə Paşinyan, əslində, müavinlərini də müharibə ilə qorxudub", - nəşr yazır.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.069144010543823