- 5
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərarını prioritet hesab edirlər və buna əsasən regionun infrastrukturlarının açılmasına da önəm verirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan əlavə edib ki, Gürcüstandan Ermənistana və İrana gedən dəmir yolu üçün ən optimal marşrut Naxçıvandan keçir və bu dəmir yolu sovet dövründə mövcud olub.
"Bu, “Sülh kəsişməsi” layihəsinin Şimal-Cənub marşrutudur.
Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizinə birləşdirə biləcək Şərq-Qərb qanadı, habelə Qara dənizdəki Türkiyə limanları var. Bunun üçün Azərbaycandan Ermənistana keçən dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Türkiyəyə çatmalıdır. Və biz belə qərarlara hazırıq.
Üstəlik, bu yolun infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün də istifadə oluna bilər və biz buna da hazırıq. “Sülh kəsişməsi” layihəsində bütün bu infrastrukturların işləməsi üçün biz məlum prinsipləri müəyyən etmişik", - Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.
\