- 5
ENDİRİLİR
ENDİRİLİR
Türkiyə regional oyunçudur və onun bölgədəki müxtəlif hadisələrlə bağlı balanslı mövqe tutmasını gözləmək təbiidir.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, İrəvan Ankaradan balanslı yanaşmanın dialoq və əməkdaşlığın təşviqinə kömək edəcəyini gözləyir. "Bildiyiniz kimi, Ermənistan və Türkiyə münasibətlərin normallaşması prosesinə başlayıblar ki, bu da münasibətlərin tam normallaşmasına, ölkələr arasında diplomatik münasibətlərin qurulmasına, dövlətlərarası sərhədlərin tam açılmasına yönəlib.
Bu proses çərçivəsində Ermənistan-Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına dair razılıq əldə olunub. Biz həqiqətən inanırıq ki, bu sazişin həyata keçirilməsi regional dinamikaya da müsbət təsir göstərəcək”, - Paşinyan vurğulayıb.
Paşinyanın fikrincə, Yunanıstanla Türkiyə arasında baş verən hadisələr bir daha sübut edir ki, fikir ayrılıqlarını aradan qaldırmaq və qonşular arasında əməkdaşlıq üçün qarşılıqlı faydalı gündəliyi formalaşdırmaq mümkündür.