“Rusiya hakimiyyətinin başlatdığı hibrid müharibəsi Moldovada geniş miqyasda davam edir. Rusiya niyyətindən əl çəkməyib, sadəcə taktikasını dəyişib”.
Ölkə.Az xəbər verir ki, bunu Moldovanın daxili işlər naziri Adrian Efros deyib.
Moldovalı nazir bildirib ki, tammiqyaslı hibrid müharibə vəziyyətindədirlər və bu, Ukraynaya işğalın əvvəlindən intensivləşib.
"Ukrayna qoşunları hücumun qarşısını aldı. Ona görə də Rusiya taktikasını dəyişdi, lakin Moldovanı ələ keçirmək niyyətindən əl çəkməyib. Biz ölkəmizdə sabitliyi pozmaq cəhdlərini, müxtəlif partiyaların qeyri-qanuni maliyyələşdirilməsini, müxtəlif üsullarla elektoratı satın almaq cəhdlərini görürük”, - nazir qeyd edib.
Efros onu da vurğulayıb ki, hazırda Moldovaya hərbi müdaxilə təhlükəsi yoxdur.
Mürtəza
Ölkə.Az