Rusiyanın baş prokuroru "Crocus Sity Hall"da terror aktının və Ukrayna Silahlı Qüvvələri tərəfindən “dinc sakinlərin atəşə tutulmasının ümumi məqsədini açıqlayıb”.
Ölkə.Az-ın xəbərinə görə, baş prokuroru İqor Krasnov deyib ki, Moskva yaxınlığındakı hadisənin bir məqsədi var: insanları qorxutmaq.
“Bir sıra Qərb ölkələri çoxəsrlik təməlləri və dəyərləri məhv edərək mahiyyət etibarilə insanlıqdan uzaqlaşma yolunu tutublar. Demək olar hər gün yaşayış məntəqlərini hədəf alan artilleriya və PUA zərbəsi nəticəsində həmvətənlərimiz - xüsusən də ən ağrılısı odur ki, uşaqlar - ölürlər. Martın 22-də Moskvada çoxlu mülki vətəndaşın həyatına son qoyan terror aktı törədilib”, - Krasnov qeyd edib.
Onun sözlərinə görə, bu cür hərəkətlərin səbəbkarları və sifarişçiləri cəzalandırılacaqlar.
Mürtəza
Ölkə.Az