• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa üçün meqa risk: təcili hərəkətə keçin!



"Avropanın cənub bölgələrini çətin günlər gözləyir".

Ölkə.Az "Haber Global"a istinadla xəbər verir ki, bu fikirlər Avropa Ətraf Mühit Agentliyinin bu ay dərc etdiyi Avropa İqlim Riskinin Qiymətləndirilməsi Hesabatında yer alıb. Sənəddə çətinliyə səbəb kimi havanın temperaturunun yüksəlməsi, yağışların az olması, sahil eroziyası və daşqınlar göstərilib.

Bütün Avropaya təcili tədbirlər görülməsi və kənd təsərrüfatında sudan istifadə və qida müxtəlifliyi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edilib ki, ən təcili kateqoriyada olan 8 riskdən 3-ü Cənubi Avropa regionlarında yerləşir.

Uzun müddət davam edən quraqlıq və həddindən artıq istilərə görə, məhsulların məhv olmasının artıq Avropa üçün problem olduğu və ötən il ərzaq təminatında yaşanan problemlərin artmaqda davam edəcəyi də vurğulanıb.

Hesabatda "meqa quraqlıq"la bağlı xəbərdarlıq edilir və qida istehsalının dəyişməli olduğu vurğulanır. 

Həmçinin Avropa daxilində quraqlığa davamlı bitki və ya sortların dəstəklənməsi və quraqlığın daha da şiddətlənməsi riskinə qarşı daha az su tələb edən bitkilərin seçilməsi tövsiyə edilir. Heyvan mənşəli qidalardan kənd təsərrüfatı qidalarına keçməklə şirin su istehlakının azaldıla biləcəyi ifadə edilir.

Hesabatda xüsusilə kritik infrastrukturların mümkün olan ən pis vəziyyətlər üçün uyğun olmadığı bildirilir.

İqlim dəyişikliyinin əhalinin sağlamlığına birbaşa və dolayı təsiri də hesabatda yer alıb. Belə ki, Avropada qlobal istiləşməyə yönəlmiş sağlamlıq təşkilatına ehtiyac olduğu vurğulanır.

"İqlim iqtisadiyyata və maliyyə sisteminə təsir edə bilər.
Evlər və iş yerləri ekstremal hava şəraitindən sığortalanmalıdır. Daşqından sonra bərpa və yenidənqurma üçün dəstəklər hazırlanmalıdır” , - deyə hesabatda yazılıb.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.024220943450928