• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ağalarova dəyən sensasion ziyan açıqlandı



22 martda “Crocus City Hall”da baş verən teraktın ardınca terrorçular kompleksi yandırmışdılar.

Ölkə.Az Axar.az-a istinadən xəbər verir ki, Rusiya FHN yanğının ən azı 12 min kv.m sahəni əhatə etdiyini bildirmişdi.

Rusiya mediası isə son məlumata görə, yanğın sahəsinin 13 min kv.m sahəni məhv etdiyini yazıb.

Kompleksin sahibi Araz Ağalarov ziyanın qiymətləndirilməsinin hələ başa çatmadığını qeyd edib. “Vedomosti”yə açıqlamasında azərbaycanlı milyarder deyib ki, ilk növbədə kompleksə hansı ziyan dəydiyi qiymətləndiriləcək və bərpanın necə aparılacağı təhlil ediləcək.

Rusiya, Belarus və Qazaxıstanın Ticarət Mərkəzləri İttifaqının rəhbəri Bulat Şakirovun sözlərinə görə, bərpa üçün bütün konstruksiyaları sökmək və sonra onu sıfırdan qurmaq lazımdır. Onun fikrincə, bu proses bir ildən az vaxt aparmayacaq.

“Optima Development” şirkətinin rəhbəri Dmitri Qolevin sözlərinə görə, “Crocus City Hall”un tam bərpası üçün 4-5 il vaxt lazımdır.

“Alto” Əmlak Fondunun rəhbəri Natalya Tişendorf isə yeni avadanlıqların alınması zərurətini nəzərə alaraq, konsert zalının bərpasına 9 milyard rubl (təxminən 98 milyon ABŞ dolları) vəsait lazım olacağını düşünür.

“Commonwealth Partnership” şirkətinin direktorlarından biri Alan Baloyevin fikrincə isə kompleksin bərpasına 12-15 milyard rubl (130-160 milyon dollar) lazımdır.

ƏN ÇOX OXUNANLAR

0.50351786613464