• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

SEPAH-ın hərbi müşaviri öldürüldü - FOTO



Suriyada Amerikanın hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

“Ölkə.az” xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyi “X” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

“Əl-Hadat” kanalının məlumatına görə, hava zərbələri nəticəsində 2-si komandir olmaqla azı 9 döyüşçü öldürülüb, ən azı 20 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

445435

ƏN ÇOX OXUNANLAR

0.82526993751526