Martın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ilin oktyabrından bu vəzifədə çalışan ölkənin Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin (MDX) katibi Aleksey Danilovu vəzifəsindən azad edib.
"Ölkə.az" xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko Danilovun Norveçə səfir təyin oluna biləcəyini deyib.
Ukrayna lideri onun yerinə Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Aleksandr Litvinenkonu təyin edib.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri qalmaqallı açıqlamaları ilə tanınır. Bir neçə gün əvvəl o, diplomatik missiyası Ukrayna münaqişəsinin həllinə kömək etmək məqsədi daşıyan Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huini təhqir edib.
Danilov fevralda Moskvaya qədər çatmağa söz verib:
"Bu demilitarizasiya zonası ən azı Moskvaya, Sankt-Peterburqa qədər uzanacaq, biz onu mütləq uzadacağıq".