• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İrəvanda ABŞ vətəndaşına silahlı hücum



Martın 21-də Ermənistanın paytaxtı İrəvan şəhərinin Proşyan küçəsində ABŞ vətəndaşına qarşı silahlı hücum olub.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, gündüz saatlarında naməlum şəxs əcnəbiyə yaxınlaşaraq pnevmatik tapança ilə onun başına zərbələr endirib, çantasını oğurlayıb və hadisə yerindən qaçıb.

Küçədə olan vətəndaşlardan biri qulduru təqib edib. O, qaçarkən çantadan pul və bank kartını çıxara bilsə də, silahı yerə atıb.

Qeyd olunub ki, hadisəni törədən 25 yaşlı gəncdir. Hazırda onun axtarışları davam edir. Eyni zamanda ABŞ vətəndaşını vəziyyəti barədə məlumat verilmir.

ƏN ÇOX OXUNANLAR

0.022974014282227