• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət şirkətlərinin birjaya çıxarılması planları hazırlanır



Latviya hökuməti daxili kapital bazarını inkişaf etdirmək məqsədi ilə dövlət sektoru şirkətlərinin IPO-ya (İlkin ictimai təklif - Qeyd) çıxarılması planlarını müzakirə edir.

"Ölkə.az" xəbər verir ki, Latviya Maliyyə Nazirliyi birjaya çıxarıla bilən dövlət və bələdiyyə şirkətləri haqqında hesabatı Nazirlər Kabinetinə baxılmaq üçün təqdim edib.

Belə ki, hazırda Latviyanın qiymətli kağızlar bazarının kapitallaşması çox aşağıdır - ÜDM-in təxminən 2%-i. Ona görə də hökumətin məqsədi hazırkı parlamentin işi zamanı ÜDM-in 9-10%-i həcmində bazar kapitallaşmasına nail olmaqdır ( 2022-2026 - Qeyd).

Maliyyə Nazirliyinin “Dövlət və bələdiyyə kapitallı şirkətlər haqqında” hesabatı məhdud əlçatanlıq statusuna malikdir. Nazirlik bildirib ki, dövlət şirkətlərinin ilkin kütləvi yerləşdirməyə hazırlanması ilə bağlı kommersiya sirri olduğu üçün hesabata giriş məhduddur.

Qurumun məlumatına görə, hər bir müəssisənin özünəməxsus xüsusiyyətləri var və birjaya daxil olmağa hazırlaşmaq üçün mərhələli hazırlıq prosesi tələb olunur ki, bu da bir neçə il çəkə bilər. Maliyyə Nazirliyi qəbul edilən qərarlarla bağlı ictimaiyyəti mümkün qədər məlumatlandırmaq niyyətindədir.

Maliyyə naziri Arvils Aşeradens dövlət şirkətlərinin birjada siyahıya salınması planlarını şərh edərkən, daha əvvəl bildirmişdi ki, söhbət təkcə “airBaltic” milli aviaşirkətinin gözlənilən IPO-su ilə bağlı deyil.

IPO - şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır.

ƏN ÇOX OXUNANLAR

0.067401885986328