• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Çini bazardan çıxarmaq istəyir



Çin Ümumdünya Ticarət Təşkilatına ABŞ-ın elektrikli avtomobil istehsalına subsidiya verməyə kömək edən ölkənin inflyasiyanın azaldılması qanununa görə şikayət edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Pekin Çin avtomobil istehsalçılarının maraqlarını qorumaq və qlobal elektrik avtomobil sənayesi üçün bərabər rəqabət şəraiti təmin etmək niyyətindədir.

Agentlik bildirib ki, İnflyasiyaya Qarşı Mübarizə Aktı yeni enerji daşıyıcıları üçün ayrı-seçkilik xarakterli subsidiya siyasəti formalaşdırıb və bununla da ədalətli rəqabətə zərbə vurub.

Xatırladaq ki, akta əsasən elektrikli nəqliyyat vasitələri, akkumulyatorlar və enerji avadanlığı istehsalçılarına ABŞ-da istehsal olunmaq şərti ilə yüksək subsidiyalar veriləcək.

ƏN ÇOX OXUNANLAR

0.24442291259766