Ermənistanın sabiq prezidenti Robert Köçəryan bir neçə aydır ölkəni tərk edərək Avropaya gedib.
Ölkə.Az xəbər verir ki, onun ölkəni tərk etməsini artıq erməni mediası da yazır.
Erməni nəşrlərinin bildirdiyinə görə, Köçəryan uzun müddətdir, aktiv siyasi səhnədən geri çəkilib və ölkədəki siyasi proseslərə çox loyal münasibət bəsləyir. Aktiv siyasi səhnədən geri çəkilən Köçəryan artıq məişət həyatı yaşayır. Bu səbəbdən də uzun müddətdir ki, lideri olduğu parlamentdəki "Ermənistan" fraksiyasının deputatları ilə də görüşmür. O, "Ermənistan" fraksiyasının deputatları ilə sonuncu dəfə ötən ilin sonlarında görüşüb.
Ermənistanı tərk edən Köçəryanın Almaniyada olduğu bildirilir.
Hətta onun aktiv siyasi fəaliyyətə son verməsi və xaricə getməsini parlamentin "Ermanistan" fraksiyasının deputatları belə gizli saxlamağa çalışır və bu barədə ictimaiyyətə açıqlama vermək istəmir.
Bu barədə juranlistlər fraksiyanın deputatı Aqnesa Xamoyandan soruşsalar da, o suala cavab verməkdən yayınıb. Köçəryanın ölkəni tərk edərək xaricə getməsi ilə bağlı suala gəldikdə isə Xamoyan yalnız bunları qeyd edib: "Məhkəmə onun ölkədən çıxışını qadağan edən vəsatəti ləğv etdikdən sonra gedib. Başqa şərh verə bilmərəm”.
Lakin bəzi ekspertlər qeyd edir ki, Köçəryan Paşinyanla anlaşdıqdan sonra aktiv siyasi səhnədən getməyi qərarlaşıb. Anlaşmaya görə, Köçəryanın oğlu parlamentdə deputat mandatı qazanacaq, o isə aktiv siyasi səhnəni təkr edəcək. Belə də oldu.
2023-cü il noyabrında “Ermənistan” blokunun seçki siyahısında deputatlığa üç namizəd Mirdat Madatyan, Angela Nalbandyan və Gerasim Vardanyan Mərkəzi Seçki Komissiyasına namizədliklərindən imtina ediblər. Həmin şəxslər namizədliklərini geri götürməsi ilə Robert Köçəryanın oğlu Levon Köçəryan deputat mandatı qazanıb.
Mürtəza
Ölkə.Az