• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Makron Putinlə birləşir - Bakıya təzyiqin sensasion səbəbi



Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd, hətta yalan dolu iddialarının səbəbi tək “ermənipərəstlik” və ya erməni lobbisinin təsiri deyil - əslində, bu, Britaniyanın qarşısında olmaq, anqlosaks dünyasına “kafa tutmaqdır”. Hətta Rusiya ilə sözdə “dava-dava” oynasalar da, məhz anqlosaks dünyası ilə mücadilədə gizli müttəfiqdirlər. Məsələn, son illər anqlosakslar onları dolayaraq Avstraliya ilə atom sualtı qayıq sifarişini Parisin əlindən aldı, onmilyardlarla dollar ziyan vurdu və AUKUS yaradaraq Fransanı siyasi və iqtisadi olaraq aşağıladılar.

Ölkə.Az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu gün Cənubi Qafqazda qalıcı, dayanıqlı sülh olmasına mane olan ən böyük qüvvə Rusiyadır:

“Azərbaycan-Türkiyə müttəfiqliyi və Bakının atdığı beynəlxalq hüquqa uyğun addımlar, ərazi bütövlüyümüzün tam bərpası Kremlin bölgəmizə təsirlərini xeyli azaltdı, bir də ayıldılar ki, NATO dövləti olan qardaş Türkiyə Cənubi Qafqazda artıq oyunqurucudur, ciddi güc mərkəzidir (həm də Azərbaycanın Britaniya ilə özəl, yaxşı münasibətləri var - Fransa həmişə Britaniyanın qarşısında olmaq istəyir). Moskva anlayır ki, indi sülh müqaviləsi də bağlansa, bu bölgəyə təsiri tam azalacaq, rıçaqlar əlindən tamam çıxacaq. Rusiyadan boşalacaq yeri ABŞ və Britaniya tuta bilər, bu, Moskvaya sərf etmir, ona görə də Fransa ilə müəyyən anlaşmalara gedə bilər.

Əgər Fransa Cənubi Qafqazda dayanıqlı sülhə mane olan addımlar atırsa, deməli, Kremlin əlinə oynayır, eyni maraqlardan çıxış edirlər. Eyni şey Afrikada da baş verir – Fransanın ənənəvi təsir dairəsində olan ölkələri Paris Kremlə təhvil verdi, zatən əlində saxlaya bilmirdi, Moskvaya verməsəydi, ABŞ-Britaniya və ya Çin götürə bilərdi. Ukraynada da bənzər “oyuna” getmək istəyirlər, Parisin israrla “qoşun yeridəcəyik” sözləri boş yerdən yaranmayıb, bütün NATO, o cümlədən ABŞ deyir ki, bu olmaz, mümkün deyil, amma Fransa israrla bu məsələni gündəmə gətirir, çünki Kremllə maraqları uyğun gələ bilər – Fransa qoşun göndərsə, Ukraynada həmən “Koreya variantı” olacaq, Ukraynavari “38-ci pararlel” yaranacaq, münaqişə dondurulacaq ki, bu da Moskvanın maraqlarına tam uyğundur.

Yəni, siyasətdə hər şey heç də göründüyü kimi deyil, daha alt qatlar, daha dərin maraqlar və anlaşmalar olur. Fransa bu gün faktiki Rusiya ilə birgə davranır, sözdə “dava” etsələr də, bir-birinin maraqlarına “oynayırlar”. Bizim XİN məsələni məhz belə təqdim etməyi bacarmalıdır, bu təqdimat Fransanın əlini xeyli zəiflədəcək”.

ƏN ÇOX OXUNANLAR

  • 5
"Neftçi" qalib gəldi
0.028439044952393