• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nikaraqua Ekvadorla diplomatik əlaqələri kəsib



Nikaraqua rəhbərliyi Ekvadorla diplomatik münasibətləri kəsib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Nikaraqua hökumətinin bəyanatında deyilir.

“Ekvador vətəndaşlarının asayişini, təhlükəsizliyini və onların həyatlarını qorumalı olan qüvvələr tərəfindən Kitoda həyata keçirilən məzəmmətli hərəkətləri nəzərə alaraq, biz Ekvador hökuməti ilə bütün diplomatik əlaqələri kəsmək barədə suveren qərarımızı bəyan edirik, eyni zamanda bir daha evimli Ekvador xalqına hörmətimizi bildiririk və beynəlxalq hüquqa, dünya dövlətləri və hökumətləri arasında sivil münasibətləri tənzimləyən konvensiyalara sadiqliyimizi bir daha təsdiq edirik”-deyə, bəyanatda vurğulanıb.

Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.

ƏN ÇOX OXUNANLAR

0.77921104431152