• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Səfirlik: Bakı – Təl-Əviv əlaqələrini daha da dərinləşdirəcəyik



Birgə səylərlə Azərbaycan və İsrail arasındakı çoxşaxəli əməkdaşlığı gücləndirəcək və əlaqələri daha da dərinləşdirəcəyik.

“Ölkə.az” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü ilə bağlı paylaşımında qeyd olunub.

“1992-ci il aprelin 7-də Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələr qurulub. Bu 32 il ərzində biz bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və xalqlarımız arasında möhkəm əlaqələrin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə etmişik. İnanırıq ki, birgə səylərlə mövcud çoxşaxəli əməkdaşlığı gücləndirəcək və əlaqələrimizi daha da dərinləşdirəcəyik”, – paylaşımda yazılıb.

Xatırladaq ki, daha öncə İsrailin Azərbaycandakı səfiri Corc Dik Bakı – Təl-Əviv diplomatik əlaqələrinin qurulmasının ildönümü ilə bağlı paylaşım etmişdi.

Qeyd edək ki, 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə 2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə başlayıb.

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.039767980575562