• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İrəvan ABŞ-dan alıb, Rusiyaya satır – Parsyan ifşa etdi



Qərb Ermənistanın iqtisadiyyatının şaxələndirilməsindən danışır, lakin 2023-cü ildə ABŞ və AB-yə ixrac azalıb. Həmin ABŞ Ermənistandan öz ölkəsinə alüminium folqa idxalına qadağa qoyub, nəticədə Ermənistandan ABŞ-a ixrac 40% azalıb. İndi bu zavodun taleyi bəlli deyil, bağlana və bir neçə yüz işçi küçədə qala bilər.

Axar.az xəbər verir ki, bu sözləri erməni iqtisadçı ekspert Suren Parsyan 5 apreldə Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammiti haqda qeyd edib.

“HSBC bankı biznesini sataraq Ermənistanı tərk edib. Bundan əvvəl alman şirkəti mis-molibden zavodunda 60 faiz payını satdı və ölkədən getdi. Əgər həqiqətən iqtisadiyyatımızı şaxələndirmək istəyirlərsə, qalıb sərmayə qoymalı idilər. Amma onlar bunun tam əksini edirlər – Ermənistan iqtisadiyyatında iştiraklarını azaldırlar”, - iqtisadçı vurğulayıb.

Parsyan deyib ki, ötən il ABŞ-dan Ermənistana idxal məhz Aİİ-yə üzvlük hesabına 40% artıb (Ermənistan ABŞ-dan idxal etdiyi məhsulları Aİİ ölkələrinə, əsasən Rusiyaya ixrac edir – red.):

“Məsələn, ABŞ-dan avtomobillər Ermənistana gətirilib, daha sonra Rusiyaya reeksport edilib. AB-də də belədir. İdxal olunan mallar sonra Rusiyaya ixrac olunduğu üçün AB-dən idxal artıb. Və əksinə, Rusiya qızılı, brilyantı Ermənistan vasitəsilə AB-yə, ABŞ-a, eləcə də ərəb ölkələrinə ixrac edilir. Rusiya və AB burada maraqlıdır ki, Ermənistan bütün ölkələr üçün birləşdirici, tranzit keçid olaraq qalsın”, - Parsyan bildirib.

Parsyan vurğulayıb ki, 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsinin 36%-i Aİİ ölkələri (əsasən Rusiya ilə, 7,3 milyard dollar – red.), 13%-i AB, 3%-i ABŞ ilə ticarətin payına düşüb:

“Yəni AB və ABŞ ilə ticarətimiz Aİİ ilə müqayisədə təxminən 2,5 dəfə azdır. Qərb isə hazırda bizə iqtisadi alternativ təklif etmir”.

Qeyd edək ki, bu statistika Ermənistanın Rusiyaya sanksiyaları dəlməsində oynadığı rolun yalnız bir hissəsidir.

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.040863037109375