• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı



Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Aqrokombinat Dzerjinskiy” MMC-nin istehsalı olan ümumi çəkisi 450 kiloqram dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

 

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.46494507789612