• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ələkbərovun nəzarətindən çıxan bankda dəyişikliklər ediləcək



 "Yelo Bank" ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin ediləcək.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərar ASC-nin 15 may 2024-cü il tarixində keçiriləcək səhmdarlarının növbəti Ümumi Yığıncağında veriləcək.

Yığıncaqda cari və təşkilati məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, “Yelo Bank” ASC-nin səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur. Bir müddət əvvəl milyader Vahid Ələkbərovun nəzarət etdiyi “Topaz İnvestment Limited” MMC bankdakı payını digər səhmdarlara ötürüb. Bununla da Banka birbaşa nəzarət V. Ələkbərovdan M. Kulişovaya keçib.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 8
"Neftçi" qalib gəldi
0.034344911575317