BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə BMT-nin Livandakı sülhməramlı missiyasının komandiri Aroldo Lazaro deyib.
O, belə bir ssenarinin real olduğunu bildirib.
A.Lazaro tərəfləri hərbi əməliyyatları dayandırmağa, atəşkəsə çağırıb.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.