• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

OPEC bu il Azərbaycanda karbohidrogen hasilatı üzrə proqnozunu açıqlayıb



2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 14 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatına istinadən xəbər verir ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.

Hesabata görə, ölkədə fevralda maye karbohidrogen hasilatının aylıq müqayisədə faktiki olaraq dəyişməyərək, illik müqayisədə isə 62 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatıb.

 

ƏN ÇOX OXUNANLAR

  • 9
"Neftçi" qalib gəldi
2.0907340049744