MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
“Ölkə.Az” xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - o vurğulayıb.