Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 2 min 675 ton miqdarında bitki və heyvan mənşəli piylər və yağlar satıb.
Ölkə.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 4 milyon 593 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 960 ton (56%), dəyər ifadəsi ilə 1 milyon 52 min ABŞ dolları dəyərində (29,7%) çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında bu, 1 min 715 ton miqdarında, 3 milyon 541 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, bu ilin ilk iki ayında ixrac olunan bitki və heyvan mənşəli piylər və yağlar ümumi ixracın 0,10 faizini təşkil edib.