- 11
ENDİRİLİR
ENDİRİLİR
Bu gün Donald Trampa qarşı ilk cinayət işinin məhməsi keçiriləcək.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, ümumilikdə dörd cinayət işi var.
Bu gün baxılmağa başlanacaq iş maliyyə hesabatlarının saxtalaşdırılmasına aiddir - 2016-cı il seçkiləri zamanı Tramp vəkilinə görə porno aktrisa Stormi Danielsə aralarındakı cinsi əlaqə barədə susmağa görə 130 min dollar ödəyib.
Bu xərclər siyasi kampaniyanın maliyyələşdirilməsi qanunlarına zidd olaraq hüquqi xidmət kimi həyata keçirilib. Vəkil artıq bunun üçün cəza çəkib və Trampın əleyhinə ifadə verib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda “gizli pul” işi ilə bağlı ona qarşı açılan cinayət prosesini şərh edərkən bildirib ki, bu proses “kommunist şou məhkəməsidir”: “Mən sizin üçün bunu etdiyim üçün fəxr edirəm”.
Xatırladaq ki, Tramp biznes sənədlərini saxtalaşdırmaqda 34 cinayət ittihamı ilə üz-üzədir. Onun porno ulduz Stormi Danielsə iddia edilən əlaqə haqqında susması üçün 130 min dollar ödədiyi güman edilir.