• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil



Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə tənqid edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur.

Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq keçirdiyi qeyd olunub.

“Biz bütün aidiyyəti tərəfləri Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə və konstruktiv dialoq vasitəsilə həll yolu tapmağa çağırırıq. Vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri şərtlərdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə bağlı şərhləri narahatlıq doğurur.

Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma” deyil”, - bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, Ukrayna Gürcüstanda sülh mühitində maraqlıdır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstək göstərib, bu dəstəyi davam etdirir.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
2.7047479152679