• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı



Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.

“Biz son vaxtlar görünməmiş hava şəraitinin səbəb olduğu gecikmələrdən əziyyət çəkən qonaqlara dəstək olmaq üçün əlimizdən gələni etməyə sadiqik. Bununla belə, davam edən fasilələrlə əlaqədar və bərpa prosesini sürətləndirmək üçün aprelin 19-u günorta saatlarından etibarən daxil olan uçuşların sayını 48 saat müddətinə müvəqqəti məhdudlaşdırırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb. Kəskin hava şəraitinin ən çox zərər vurduğu Dubayda əsas avtomobil magistralları və şəhər aeroportunun uçuş-eniş zolağı su altında qalıb. Nəticədə onlarla aviareys ləğv olunub, minlərlə sərnişin isə ölkəni tərk edə bilməyib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.025447845458984