• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət borcu rekord həddə çatdı



Çexiyanın dövlət borcu 2024-cü ilin birinci rübündə 109,9 milyard kron (təxminən 4,6 milyard dollar) artaraq rekord həddə - 3,221 trilyon krona (təxminən 136 milyard dollara) çatıb.

Bu barədə respublikanın Maliyyə Nazirliyinə istinadən məlumat yayılıb.

Çexiyanın dövlət borcu ÜDM-in 43,6%-ni təşkil edir. Ötən ilin birinci rübünün sonunda bu göstərici 42,4% olub.

Əhalinin sayına görə dövlət borcunun ümumi məbləğini yenidən hesablasaq, 10 milyon əhalisi olan respublikanın hər bir sakininin borcu 295 min 480 kron (12 min 468 dollar) təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə dövlət borcunun əhəmiyyətli dərəcədə artması, əsasən, martın sonunda 105 milyard krona (təxminən 4,4 milyard dollara) çatan dövlət büdcəsi kəsirinin ödənilməsi üçün dövlət istiqrazlarının satışı ilə bağlıdır.

Qeyd edək ki, son beş ildə Çexiyanın dövlət borcu iki dəfə artıb. Bu ilin sonuna qədər borc ÜDM-in təxminən 44%-ni təşkil edə bilər.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.028226137161255