• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İnsan inəkdən quş qripinə yoluxdu: ÜST xəbərdarlıq etdi



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də qeydə alınmış insanın inəkdən quş qripi ilə bağlı xəbərdarlıq edib.

"Ölkə.az" xəbər verir ki, ÜST A(H5N1) virusuna ilk yoluxma halı ilə əlaqədar ölkələrə heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizliyi gücləndirməyi tövsiyə edib.

 

Ölkələri sayıq olmağa, insanların yoluxması halları baş verən zaman bu barədə dərhal məlumat verməyə, virus genomu ardıcıllığını və digər məlumatları paylaşmağa və heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, - Cenevrədə keçirilən brifinqdə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan bildirib.

O qeyd edib ki, bu ilin mart ayından etibarən ABŞ-nin səkkiz ştatında A(H5N1) 29 heyvan təsərrüfatında virusa yoluxma halı qeydə alınıb.

ABŞ hökuməti aprelin 1-də Texasda insanın A(H5N1) virusuna yoluxması faktı ilə bağlı ÜST-yə məlumat verib.

“Texas ştatındakı olay insanın inəkdən quş qripinə yoluxması ilə bağlı ilk haldır. “Hazırkı yoluxma epidemiyalarında virusun quşdan inəyə, inəkdən inəyə və inəkdən quşa ötürülməsi də qeydə alınıb. Ona görə də virusun əvvəllər düşündüyümüzdən fərqli ötürülmə yolları tapdığını düşünə bilərik”, - ÜST proqramının rəhbəri deyib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
1.3408069610596