ABŞ Maliyyə Nazirliyi İordan çayının qərb sahilindəki vəziyyətlə əlaqədar bir İsrail vətəndaşına və iki İsrail təşkilatına qarşı sanksiya tətbiq edib.
“Ölkə.az ” xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına daxil edilməsi ilə ABŞ-də aktivlərinin dondurulması, ABŞ vətəndaşları və şirkətləri ilə işlərin aparılmasının qadağan edilməsi nəzərdə tutulur.